İstanbulun Çatalca rayonunda fabrikdə yanğın baş verib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, təxminən 2 min kvadratmetr sahəni əhatə edən fabrikdə naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Otluq əraziyə də yayılan yanğının söndürülməsi istiqamətində işlər davam edir.//Operativ Media