Rusiya ABŞ-da keçiriləcək G20 sammitində yüksək səviyyədə iştirak edəcək.
Medianews.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bu G20 sammitində iştirakımız yüksək səviyyədə, effektiv və proaktiv olacaq”, - o bildirib.
Qeyd edək ki, G20 Liderlər Sammitinin bu il 14–15 dekabr tarixlərində Mayamidə keçirilməsi planlaşdırılır. Azərbaycanın adı da sammitə dəvət olunan ölkələrin rəsmi siyahısında yer alır.//Axar.az