Medianews.az
Uşaq hüquqlarının qorunmasında prokuror da
51 baxış

Uşaq hüquqlarının qorunmasında prokuror da iştirak edəcək

Uşaq hüquqlarının qorunmasında prokurorlar da iştirak edəcəklər.

Oxu.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Prosessual və Cinayət-Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə Qanun layihəsində əksini tapıb.

Təklifə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən ediləcək.

Layihədə nəzərdə tutulan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.

Bizə qoşulun