Medianews.az
Meloninin baxışları yenidən gündəm oldu -
91 baxış

Meloninin baxışları yenidən gündəm oldu - VİDEO

Ankarada keçirilən 36-cı NATO Liderləri Zirvəsində İtaliya Baş naziri Giorgia Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yaşanan səmimi anlar kameraların diqqətindən yayınmayıb.

Medianews.az xəbər verir ki, sammit çərçivəsində liderlərin ailə fotosessiyasından əvvəl çəkilən görüntülərdə Giorgia Meloninin Prezident Ərdoğana gülümsəyərək baxdığı, Ərdoğanın isə eyni səmimiyyətlə ona cavab verdiyi əks olunub.

 

Protokol zonasında baş tutan qısa söhbət və qarşılıqlı təbəssüm sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

36-cı NATO Liderləri Zirvəsinə ev sahibliyi edən Prezident Rəcəb Tayyib Ərdoğan daha sonra Ankaradakı Prezident Sarayında İtaliya Baş naziri Giorgia Meloni ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Türkiyə-İtaliya münasibətləri, regional və beynəlxalq məsələlər, eləcə də NATO çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Qeyd edək ki, Giorgia Meloninin beynəlxalq sammitlərdə nümayiş etdirdiyi emosional mimikalar və digər liderlərlə ünsiyyəti daha əvvəl də ictimaiyyətin diqqətini çəkmişdi. Ankaradakı sammitdə Ərdoğana yönəltdiyi baxışlar və iki lider arasında yaşanan səmimi dialoq bu dəfə də günün ən çox danışılan anlarından biri olub.

Medianews.az

Bizə qoşulun