Medianews.az
Ankarada maraqlı anlar: BU GÖRÜNTÜLƏR gündəm oldu -
92 baxış

Ankarada maraqlı anlar: BU GÖRÜNTÜLƏR gündəm oldu - VİDEO

Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində İslandiyanın Baş naziri Kristrun Frostadottirin Prezident Sarayındakı davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, 38 yaşlı baş nazirin Prezident Sarayının memarlığını maraq və heyranlıqla izlədiyi anlar kameralara əks olunub.

Görüntülərdə Frostadottirin ətrafı diqqətlə nəzərdən keçirməsi və sarayın möhtəşəm memarlığına maraq göstərməsi diqqət çəkib.

Müzakirələr zamanı bir çox istifadəçi bu görüntüləri İslandiyanın hökumət qərargahı ilə müqayisə edib. Təxminən 390 min əhalisi olan İslandiyanın paytaxtı Reykyavikdə yerləşən Baş nazirin ofisi sadə quruluşu ilə tanınır.

XVIII əsrdə inşa edilən, bir vaxtlar həbsxana kimi istifadə olunmuş iki mərtəbəli daş bina hazırda Baş nazirin rəsmi iş yeri kimi fəaliyyət göstərir və Şimali Avropanın sadə idarəetmə ənənəsinin simvollarından biri hesab edilir.

Prezident Sarayının möhtəşəmliyi fonunda Kristrun Frostadottirin verdiyi reaksiyalar NATO Zirvəsinin ən çox diqqət çəkən görüntüləri sırasında yer alıb.

Medianews.az

Bizə qoşulun