Medianews.az
Türkiyədə bahalaşma:
148 baxış

Türkiyədə bahalaşma: son rəqəmlər

Bu ilin iyun ayında Türkiyədə istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 32,11 faiz artıb.

Medianews.az Türkiyənin Statistika Qurumunun hesabatına istinadla xəbər verir ki, 2026-cı ilin iyununda ölkədə kommunal xidmətlər 2025-ci ilin iyununa nəzərən 45,14 faiz, ərzaq və spirtsiz içkilər 35,45 faiz, spirtli içkilər və tütün məmulatları 34,15 faiz, geyim və ayaqqabılar 14,18 faiz bahalaşıb.

Təhsil sahəsində qiymət yüksəlişi 46,1 faiz, səhiyyə xidmətlərində 33,62 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 31,61 faiz, nəqliyyatda 31,15 faiz, sığorta və maliyyə xidmətlərində 28,07 faiz, rabitə xidmətlərində 25,57 faiz, istirahət və mədəniyyət xidmətlərində 25,39 faiz, məişət əşyalarında 22,32 faiz göstərilir.

Medianews.az

Bizə qoşulun