Medianews.az
Turistlərin Tailandda vizasız qalma
65 baxış

Turistlərin Tailandda vizasız qalma müddəti azaldılır

Tailand 93 dövlətin vətəndaşları üçün ölkə ərazisində vizasız qalma müddətini 60 gündən 30 günə qədər azaltmağı planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə "Bangkok Post" nəşri məlumat yayıb.

Tailandın Turizm və İdman Nazirliyinin məlumatına görə, atılan addım ölkənin turizm sənayesinə mənfi təsir göstərməyəcək.

İzah edilib ki, əcnəbi turistlərin əksəriyyəti ölkədə orta hesabla bir aydan az vaxt keçirirlər.

Məlumata görə, xaricilər Tailandda orta hesabla 21 gündən çox qalmırlar. Əgər onlar 30 gündən artıq qalmaq istəyirlərsə, müddətinin uzadılmasını xahiş edə bilərlər.

Ölkənin turizm sənayesi nümayəndələrinin məlumatına görə, uzaq məsafədən gələn qonaqlar Tailandda adətən 14 gündən 21 günə qədər olurlar. Qonşu ölkələrdən gələn səyahətçilər isə krallıqda təxminən bir həftə vaxt keçirirlər. Tailand Səyahət Agentləri Assosiasiyası isə öz növbəsində, ölkədə qeyri-leqal işləyən və ya bizneslə məşğul olan əcnəbilərin sayının artmasına diqqət çəkib.

Bizə qoşulun