Medianews.az
Səs-küyə əsəbiləşib qardaşını
75 baxış

Səs-küyə əsəbiləşib qardaşını bıçaqladı

Tayvanda 19 yaşlı qız kompüterdə onlayn oyun zamanı uca səslə danışan kiçik qardaşını bıçaqlayıb.

Medianews.az xəbər verir ki, hadisə bacı-qardaş evdə tək olarkən baş verib.

15 yaşlı yeniyetmə onlayn oyun zamanı dostları ilə getdikcə daha uca səslə danışmağa başlayıb. Bu səs-küydən qıcıqlanan bacı onunla mübahisə edib. Mübahisə zəminində qız bıçağa əl ataraq qardaşının boyun nahiyəsinə zərbə endirib.

Yaralı yeniyetmə dərhal yaxınlıqdakı mağazada olan babasının yanına qaçıb və hadisə yerinə polis çağırılıb. Xəstəxanaya yerləşdirilən oğlanın vəziyyətinin stabil olduğu bildirilir. Hücum edən şəxs isə polis tərəfindən saxlanılıb.

Medianews.az

Bizə qoşulun