Medianews.az
Transfer bombası:
95 baxış

Transfer bombası: "PSJ"dən YENİDƏN "Yuventus"a

PSJ-nin hücumçusu Randal Kolo Muani karyerasını "Yuventus"da davam etdirə bilər.

Medianews.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Turin klubu 27 yaşlı fransız futbolçu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb və rəsmi danışıqlara başlayıb.

Kolo Muani daha əvvəl 2024/25 mövsümünün ikinci yarısında icarə əsasında "Yuventus"da oynayıb. O, 22 oyunda iştirak edib, on qol vurub və üç məhsuldar ötürmə edib. 2023-cü ildə "Yuventus" Kolo Muani üçün "Ayntraxt Frankfurt"a 95 milyon avro ödəyib. Hücumçu ötən mövsümü icarə əsasında "Tottenhem"də keçirib.

Medianews.az

Bizə qoşulun