Medianews.az
Tramp  İran liderlərini
89 baxış

Tramp İran liderlərini təhqir etdi

ABŞ Prezidenti Donald Tramp İran liderlərini kəskin ifadələrlə təhqir edib və bu ölkəyə qarşı yeni zərbələr endirilməsi barədə əmr verib.

Medianews.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Ağ Ev rəhbəri İran rəhbərliyi barəsində bu sözləri qeyd edib: "Onlar iyrəncdirlər. Onlar xəstə insanlardır. Onlara xəstə insanlar rəhbərlik edir və onlar pis, zorakı insanlardır. Məncə, onlarla işləmək vaxt itkisidir. Onlar yalançıdırlar... onlarda nəsə problem var. Onların ağlı başında deyil".

Tramp rəsmi Tehranla danışıqların davam edə biləcəyini istisna etməsə də, bu prosesin nəticə verəcəyinə olduqca bədbin yanaşdığını bildirib. O, şəxsən bu müzakirələrə vaxt ayırmaq istəmədiyini, lakin Tehran tərəfi istəsə, ABŞ-nin peşəkar danışıqlar heyətinə prosesi davam etdirməyə icazə verəcəyini vurğulayıb.

Medianews.az

Bizə qoşulun