Bəlli olduğu kimi, 23-cü dünya futbol çempionatına ilk dəfə olaraq 48 komanda qatılıb.
Çempionatda Avropa 16, Afrika 10, Asiya 9, Cənubi Amerika 6, Şimali və Mərkəzi Amerika 6, Okeaniya 1 milli ilə təmsil olunub, dörddə bir finala Avropadan 6, Afrika və Cənubi Amerikadan 1 yığma çata bilib:
Fransa – Mərakeş
Norveç – İngiltərə
İspaniya – Belçika
Argentina – İsveçrə.
Medianews.az qeyd edir ki, qrup raundunda Okeaniya tək təmsilçisi Yeni Zelandiyanı, Asiya Cənubi Koreya, Qətər, İran, Səudiyyə Ərəbistanı, İraq, İordaniya, Özbəkistanı, Avropa Çexiya, Şotlandiya, Türkiyəni, Şimali və Mərkəzi Amerika Haiti, Kürasao, Panamanı, Afrika Tunisi, Cənubi Amerika Uruqvayı itirib.
Afrikadan CAR, Fil Dişi Sahili, Konqo Demokratik Respublikası, Seneqal, Əlcəzair, Kabo Verde, Qana, Avropadan Almaniya, Niderland, İsveç, Bosniya, Avstriya, Xorvatiya, Asiyadan Yaponiya, Avstraliya, Cənubi Amerikadan Ekvador 1/16 finalda dayanıb.
1/8 final Şimali və Mərkəzi Amerikadan Kanada, Meksika, ABŞ, Cənubi Amerikadan Paraqvay, Braziliya, Kolumbiya, Avropadan Portuqaliya, Afrikadan Misir üçün son olub.
İyunun 11-dən ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatda dörddə bir final 9-12 iyula, yarımfinal 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin edilib.
Əvvəlki 22 çempionatın 20 mükafatçısı var:
Braziliya - 5 qızıl, 2 gümüş, 2 bürünc medal
Almaniya - 4 qızıl, 4 gümüş, 4 bürünc medal
İtaliya - 4 qızıl, 2 gümüş, 1 bürünc medal
Argentina - 3 qızıl, 3 gümüş medal
Fransa - 2 qızıl, 2 gümüş, 2 bürünc medal
Uruqvay - 2 qızıl medal
İngiltərə - 1 qızıl medal
İspaniya - 1 qızıl medal
Niderland - 3 gümüş, 1 bürünc medal
Çexoslovakiya - 2 gümüş medal
Macarıstan - 2 gümüş medal
İsveç - 1 gümüş, 2 bürünc medal
Xorvatiya - 1 gümüş, 2 bürünc medal
Polşa - 2 bürünc medal
ABŞ - 1 bürünc medal
Avstriya - 1 bürünc medal
Çili - 1 bürünc medal
Portuqaliya - 1 bürünc medal
Türkiyə - 1 bürünc medal
Belçika - 1 bürünc medal.
Toğrul Əli,
Medianews.az