Paraqvayda keçirilən Fransa milli komandasının kapitanı Kilian Mbappenin müqəvvası yandırılıb.
Medianews.az xəbər verir ki, hadisə xalq şənliyində, "San-Xuan" bayramı zamanı baş verib.
Yerli adətlərə görə, hər il xalq tərəfindən ilin ən "qıcıqlandırıcı" şəxsi seçilir və onun müqəvvası yandırılır. Bu dəfə isə hədəf ulduz futbolçu Mbappe olub.
Bu hadisədən əvvəl Paraqvay senatoru Selesta Amarilya Mbappeni təhqir etmişdir. Fransız hücumçu isə cavabını vermişdir.
Qeyd edək ki, DÇ-2026-nın 1/8 final mərhələsində Fransa yığması Paraqvayı 1:0 hesabı ilə məğlub edib və oyundakı yeganə qolu penaltidən Mbappe vurub.
Medianews.az

