Medianews.az
Mərakeş – Fransa matçından əvvəl
137 baxış

Mərakeş – Fransa matçından əvvəl dava düşdü

DÇ-2026-nın 1/4 finalında keçiriləcək Mərakeş - Fransa oyunundan əvvəl təşkil olunan mətbuat konfransında insident yaşanıb.

Medianews.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Hadisə tədbirin lap əvvəlində baş verib. Mərakeş millisinin hücumçusu Brahim Dias ilk sualı cavablandırarkən media mərkəzinin arxa sıralarında qışqırıqlar eşidilib. Məlum olub ki, jurnalistlər arasında dava düşüb.

Bildirilib ki, mərakeşli jurnalist fransalı həmkarını onu vurmaqda ittiham edib. Gərginliyi aradan qaldırmaq üçün FİFA əməkdaşları hadisəyə müdaxilə ediblər.

Qeyd edək ki, Fransa - Mərakeş arasında DÇ-2026-nın 1/4 final görüşü bu gün keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq./Qol.az

Bizə qoşulun