Medianews.az
FHN Samuxdakı qəza ilə bağlı
88 baxış

FHN Samuxdakı qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi ötən gün Samuxda baş verən qəza ilə bağlı məlumat yayıb.

Medianews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonunun Sarıqamış kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və “ВАЗ” markalı iki minik avtomobili toqquşub, 3 nəfər sıxılı vəziyyətdə qalıb.

Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində deformasiya olmuş avtomobildən 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizə qoşulun