ABŞ prezidenti Donald Tramp NATO-nun Türkiyədə keçirilən sammitindən geri dönərkən gözlənilməz qərar verib.
Medianews.az “Assoşeyted Press” agentliyinə istinadla bildirir ki, Donald Tramp sammitə Qətərin hədiyyə etdiyi yeni prezident təyyarəsi ilə gəlsə də, geriyə “Air Force One” adlanan köhnə prezident təyyarəsi ilə qayıdıb.
Tramp təyyarə dəyişikliyinin səbəbini ətraflı izah etməyib. O, yalnız "köhnə günlərin xatirinə" əvvəlki prezident təyyarəsi ilə uçmaq istədiyini bildirib.
“Assoşeyted Press” vurğulayır ki, təyyarənin dəyişdirilməsi ABŞ ilə İran arasında qarşılıqlı zərbələrin yenidən başladığı vaxta təsadüf edir və yeni prezident təyyarəsinin təhlükəsizlik imkanları ilə bağlı sualları gündəmə gətirir.
ABŞ dövləti Qətərin bağışladığı təyyarəni lazımi avadanlıqlarla təchiz etmək üçün 400 milyon dollar pul xərcləyib. Lakin təyyarənin görüntüləri onun köhnə prezident təyyarələrində quraşdırılmış bəzi raket aşkarlama və müdafiə sistemləri ilə təchiz olunmadığından xəbər verir.