Çin Xalq Respublikasının Quanşi-Çjuan muxtar rayonunda qeydə alınan şiddətli daşqınlar səbəbindən həyatını itirənlərin sayı artaraq 39 nəfərə çatıb.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, fəlakət zonasında daha doqquz şəxsin itkin düşdüyü bildirilir.
Nannin ərazisində yerləşən Lülan su anbarının yarılması nəticəsində 26 insan dünyasını dəyişib, yeddi nəfərin isə itkin düşdüyü ehtimal edilir.