Medianews.az
Marketlərdə satılan sellofan paketlər
98 baxış

Marketlərdə satılan sellofan paketlər yenə bahalaşdı

Bir sıra supermarketlərdə sellofan (polietilen) paketlər yenidən bahalaşıb.

Medianews.az milli.az-a istinadən xəbər verir ki, hazırda sellofan paketlər ölçüsünə uyğun olaraq 7 və 9 qəpiyə satılır.

Qeyd edək ki, 2023-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və aidiyyəti qurumların qərarına əsasən, bu paketlər market kassalarında alıcılara ayrıca məhsul növü kimi ödənişli təqdim olunur. Həmin 3 və 5 qəpiyə təqdim olunan paketlər artıq 2 dəfəyə yaxın bahalaşıb.

Sellofan paketlərin təbiətdə tam məhv olması yüz illərlə vaxt tələb edir və bu ekoloji zərərin qarşısını almaq üçün inkişaf etmiş ölkələrdə də analoji qiymət tənzimləmələri tətbiq olunur.

Bizə qoşulun