Medianews.az
Azərbaycan nefti 9 gündə nə qədər bahalaşıb?
135 baxış

Azərbaycan nefti 9 gündə nə qədər bahalaşıb?

İyulun 9-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 82,07 dollara təklif olunur.

Medianews.az bildirir ki, bu, ayın start qiymətindən 6,73 dollar yuxarı göstəricidir.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34 dollarla başlayıb.

Neftin qiyməti fevralın 28-dən bəri İran ətrafında gərginlik dalğasında qalxıb-düşür. Gərginlik Yaxın Şərqin neft ölkələrində hasilat və daşımalara böyük əngəllər yaradıb.

Toğrul Əli, 
Medianews.az 

Bizə qoşulun