Türkiyənin Adana şəhərində 31 yaşlı qadın yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.
Medianews.az xəbər verir ki, Hadisə Çukurova rayonunun Beyazevler məhəlləsində yerləşən yaşayış binasında qeydə alınıb.
Məlumata görə, Yüreğir Vergi İdarəsində icraçı köməkçisi vəzifəsində çalışan B.T. səhər saatlarında işə gəlməyib. Həmkarları onunla telefon əlaqəsi yaratmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Bundan sonra aidiyyəti qurumlara məlumat verilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Mənzilin qapısının açılmaması səbəbindən xilasedicilər çağırılıb və qapı açıldıqdan sonra evə daxil olan polis əməkdaşları qadının meyitini vanna otağında aşkar ediblər.
Bildirilir ki, B.T.-nin təxminən iki ay sonra toy mərasimi keçirilməli idi.
Qadının meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. İlkin olaraq ölümün səbəbi barədə rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az
