Hindistanda gənc qadın toy mərasimindən cəmi bir neçə saat sonra boşanmaq istəyib.
Medianews.az xəbər verir ki, qadın evliliyə məcbur edildiyini və başqa bir şəxsi sevdiyini bildirib.
O, mərasimdən dərhal sonra ailəsinə əri ilə yaşamaq istəmədiyini açıqlayıb.
Tərəflər arasında razılıq əldə olunmadığından məsələ polisə qədər gedib. Hüquq-mühafizə orqanlarının barışdırma cəhdləri nəticəsiz qalıb. Sonda cütlük elə polis bölməsində boşanmağa razılaşıb və qadın valideynlərinin evinə qayıdıb.
Medianews.az