Medianews.az
Tar-kamançasız efirə çıxan xanəndələrə SƏRT ETİRAZ: "Özümə hörmət edirəm" -
176 baxış

Tar-kamançasız efirə çıxan xanəndələrə SƏRT ETİRAZ: "Özümə hörmət edirəm" - ÖZƏL

“Müəyyən xanəndələrimiz var ki, efirə tar və kamançasız çıxırlar. Elə bil ki, onlar ümumiyyətlə tar və kamança ilə oxumayıblar. Çox nadir hallarda ola bilər ki, efirdə xanəndənin yanında tar və kamança ifaçısı olsun. Əgər sən efirə dəvət almısansa, hərhalda canlı ifalar olacaq da. Elə mahnı var ki, o zapislə daha gözəldir. Amma canlı da lazımdır axı. Niyə sizin yanınızda tar kamanınız yoxdur? Bir neçəsi ilə üz-üzə gəlib irad bildirib, fikrimi demişəm ki, efirə çıxanda tar və kamanınız yanınızda olsun! Muğam sənətində üçlük deyilən bir anlayış var. Tar və kamança ilə sənətə gəlmisiz, özünüzə yaraşdırmırsız?! Tar və kamança sizin yaraşığınızı yad edəcək?! Bu alətlər sizin yanınızda olsaydı nə gözəl olardı”

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Aygün Bayramova deyib.

 

O daha sonra efirlə toy repertuarının ayrı olduğunu bildirib:

“Efirdə, səhnədə repertuarlar daha zəngin, daha yaxşı olmalıdır. Bizim çox gözəl bəstəkar, xalq mahnılarımız var ki, həmin müğənnilər onları toyda da ifa edə bilərlər, səhnədə də. Baxır kim necə təqdim edir?! Təqdim etməkdən də çox şey asılıdır. İllərdir oxunan mahnılarımız var ki, siz onları gözəl aranjimanda təqdim edə bilərsiz. Sən onu gözəl təqdim etsən tamaşaçı səni toylara da dəvət edəcək, üstəlik sevgi də göstərəcək. Mən onunla razı deyiləm ki, müğənni fikirləşir ki, birdən bu mahnını oxuyaram, məni toya dəvət etməzlər. Mən də toya gedirəm. Toy bizim adət ən-ənənəmizdir. Məni efirdə də, toyda da tar və kamança ilə görərsiz. Bu mütləqdir. Sənətimə, özümə hörmət edirəm. Tar və kamança hər zaman mənimlə olmalıdır”.



Xalq artisti sosial medianın önəmindən də danışıb:

“Sosial media bu gün çox inkişaf edib. İstəsək də, istəməsək də bu inkişaf gedir və bəzi hallarda bizə xoş olan paylaşımlar da olur. Bir də görürsüz ki, hansısa arxiv görüntülərimi paylaşırlar, o qədər gözəl rəylər yazırlar ki.. Sənətə yenidən aşiq oluram, vuruluram. Öz-özümə deyirəm ki, nə yaxşı ki, sənətə, sənətkara dəyər, qiymət verən insanlar var. Bu hisslər məni yaşadır, xoşbəxt edir”.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun