Medianews.az
"Liverpul" gənc istedadı
81 baxış

"Liverpul" gənc istedadı transfer etdi

"Liverpul" heyətinə yeni oyunçu cəlb edib.

Medianews.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mersisayd təmsilçisi Kolumbiyanın "Atletiko Nasional" klubundan 17 yaşlı hücumameylli yarımmüdafiəçi Samuel Martinezin transferini başa çatdırıb.

Gənc futbolçu yeni mövsümdə Mersisaydlıların akademiya sisteminə qoşulacaq. Martinez Kolumbiyanın ən perspektivli gənc futbolçularından biri hesab olunur.

Qeyd edək ki, Samuel aprel ayında keçiirlən milli gənclər komandasının Cənubi Amerika U17 Çempionatında 6 matçın hamısında oynayıb. O, Braziliyaya qarşı yarımfinalda və Argentinaya ilə final da daxil olmaqla, üç məhsuldar ötürmə edərək çempionluqda rol oynayıb.//Qol.az

Bizə qoşulun