Medianews.az
Vozninya ən çox izləyici qazanan ikinci futbolçu oldu -
85 baxış

Vozninya ən çox izləyici qazanan ikinci futbolçu oldu - Birinci isə...

Kabo-Verde millisinin qapıçısı Vozninya 2026-cı il dünya çempionatından sonra sosial şəbəkələrdə izləyici artımına görə turnirin ən diqqətçəkən futbolçularından biri olub.

Medianews.az xəbər verir ki, 40 yaşlı qolkiper mundial zamanı 29,4 milyon yeni izləyici qazanaraq bu göstəricidə ikinci yeri tutub. O, yalnız Norveç millisinin hücumçusu Erling Holandan geri qalıb.

Mundial başlamazdan əvvəl Vozninyanın hesabında cəmi 30 min izləyici olduğu halda, turnirdən sonra bu rəqəm kəskin şəkildə artıb.

Reytinqdə üçüncü yeri İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem (+12 milyon), daha sonra isə Kriştiano Ronaldo (+11,4 milyon), Lamin Yamal (+11 milyon), Neymar (+7,7 milyon) və Lionel Messi (+7,5 milyon) tutub.

Medianews.az

Bizə qoşulun