Avropa Şurası DÇ-2026-nın oyunlarını təhlil edib və mümkün danışılmış oyunlar barədə 7 şübhəli epizodu əks etdirən hesabat hazırlayıb.
Medianews.az xəbər verir ki, şübhəli məqamlar arasında Cənubi Afrika millisinin futbolçusu Tembə Zvanenin Meksikaya qarşı açılış oyununda aldığı qırmızı vərəqə, İspaniyanın Kabo-Verde ilə heç-heçə edəcəyi ilə bağlı mərclər və VAR səbəbindən İspaniya–Səudiyyə Ərəbistanı matçında yaşanan gecikmə göstərilib.
Araşdırmada həmçinin amerikalı futbolçu Folarin Baloqunun cəzası ilə bağlı bəzi platformalarda mərclərin açılması da diqqət çəkib. Bildirilib ki, turnirdə qırmızı vərəqə alan digər 14 futbolçu ilə bağlı belə mərc olmayıb.
Kopenhagen Qrupunun məlumatına görə, DÇ-2026 zamanı futbol üzrə mərc oyunları platformalarında təxminən 240 milyard dollar həcmində pul dövriyyə edib.
Bununla yanaşı, FİFA-nın xüsusi işçi qrupu turnir ərzində mərc manipulyasiyası, danışılmış oyunlar və digər şübhəli məqam aşkarlanmadığını açıqlayıb.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçirilib və ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunub. Turnirin qalibi İspaniya millisi olub.
Medianews.az