Medianews.az
“Barselona” yeni forması
80 baxış

“Barselona” yeni forması diqqət çəkdi - FOTO

“Barselona” klubu 2026/2027 mövsümü üçün səfər formasını təqdim edib.

Medianews.az xəbər verir ki, katalon təmsilçisi yeni formanı Nike və Kobi Brayant brendi ilə əməkdaşlıq çərçivəsində hazırlayıb.

Klubun açıqlamasına görə, ikinci il davam edən tərəfdaşlıq rəqabət ruhu, ambisiya və mükəmməlliyə can atmaq kimi ortaq dəyərlər üzərində qurulub.

Yeni forma Kobi brendinin estetikasından ilhamlanaraq qara rəngdə hazırlanıb. Dizaynda aşağı hissəyə doğru bənövşəyi keçid yer alır ki, bu rəng Kobi Brayantın basketbol karyerası ilə əlaqələndirilir. Qızılı detallar isə uğur və kubok qazanmaq hədəfini simvolizə edir.

“Barselona” bildirib ki, forma həm klubun mübarizə ruhunu, həm də Kobi Brayantın daim daha yaxşı olmaq prinsipini əks etdirir.

Medianews.az

Bizə qoşulun