İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi 2026-cı il dünya çempionatının finalında argentinalı əfsanə Lionel Messinin davranışını tənqid edib.
Medianews.az xəbər verir ki, finalda Argentina İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub. Oyunun 93-cü dəqiqəsində Entso Fernandes qırmızı vərəqə aldıqdan sonra baş verən epizodda İspaniya millisinin müdafiəçisi Mark Kukurelya Messi ilə danışarkən ağzını əli ilə örtüb.
Bundan sonra Messi baş hakim Slavko Vinçiçə etiraz edərək Kukurelyanın meydandan qovulmasını tələb edib. Lakin referi ispaniyalı futbolçuya qırmızı vərəqə göstərməyib.
Matçdan sonra bu hadisəni dəyərləndirən Runi bunları deyib:
“Bu, ümidsizlik idi. Argentina belə oynayır, onların bu cür davranışına öyrəşmişik. İdmanda daha yaxşı davranış görmək istəyərdik. Messinin belə hərəkət etməsini görmək isə məyusedici idi.”
Medianews.az