FIFA Argentina millisinin futbolçularının dünya çempionatının finalından sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb.
Finalda İspaniya Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Medianews.az bildirir ki, oyundan sonra Leandro Paredes rəqib futbolçularla münaqişə yaşayıb, Nauen Molina və məşqçilər korpusunun üzvü Roberto Ayala da insidentlərdə iştirak ediblər.
Mükafatlandırma mərasimində Argentina futbolçuları İspaniya komandasına tərəf çevrilməyərək azarkeşlərinə təşəkkür ediblər.
İspaniya millisinin futbolçuları isə rəqiblərini podiuma alqışlarla qarşılayıblar.