Medianews.az
Çexiya məktəblərində telefonlar qadağan olunur
206 baxış

Çexiya məktəblərində telefonlar qadağan olunur

Çexiya hökuməti məktəblərdə mobil telefonlardan istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib.

Medianews.az bildirir ki, layihəyə əsasən, qadağa uşaq bağçaları, ümumtəhsil məktəbləri, gimnaziyaların aşağı sinifləri və musiqi məktəblərinə şamil ediləcək. Şagirdlərə dərs zamanı, tənəffüslərdə və məktəbdə mobil telefon və digər elektron cihazlardan istifadə etmək qadağan olunacaq.

Tibbi səbəblərlə elektron cihazlardan istifadə edən uşaqlar üçün istisna nəzərdə tutulur. Sənəd parlamentə təqdim edilib və qəbul olunarsa, 1 sentyabr 2027-ci ildən qüvvəyə minəcək.

Bizə qoşulun