ABŞ-nin dövlət katibi Marko Rubio Filippində keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tədbirləri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşə hazır olduğunu bəyan edib.

Medianews.az xəbər verir ki, bunu Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

M.Rubio jurnalistlərin həm rusiyalı, həm də çinli həmkarı ilə görüş ehtimalı barədə sualına cavabında bildirib ki, hələlik konkret razılaşma olmasa da, ABŞ tərəfi belə təmaslarda maraqlıdır.//Teleqraf