SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun xanımı Raisa Qorbaçovanın intim fotoları ilə şantaj olunduğu haqda məlumat yayılıb.
Medianews.az bu iddianın səsləndirildiyi video materialı təqdim edir. Materialda Raisa Qorbaçovanın intim fotolarının Sovet İttifaqının rəhbəri Mixail Qorbaçova çatdırıldığı və onun qarşısında bu fotoların bütün dünyaya yayılmaması üçün şərt qoyulduğu iddia olunur.
1931-ci il təvəllüdlü Mixail Qorbaçov 1985-ci il martın 11-də Sovet İttifaqının rəhbəri – Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilib, 1988-ci il oktyabrın 1-dən həmçinin Ali Sovetə sədrlik edib, 1990-cı il martın 15-dən Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) prezidenti olub.
1991-ci il avqustun 19-dan SSRİ-nin dağılması sürətlənib, dekabrın 25-də Mixail Qorbaçov səlahiyyətlərinin bitdiyini bəyan edib, 1992-ci ildən ictimai fəaliyyət göstərib. Qorbaçov 2022-ci ilin avqustunda vəfat edib.
1932-ci il təvəllüdlü Raisa Qorbaçova 1985-1991-ci illərdə SSRİ-nin birinci xanımı olub. 1999-cu ilin sentyabrında vəfat edib.
1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.