Medianews.az
Qızının istismara məruz qaldığını öyrənən ana
162 baxış

Qızının istismara məruz qaldığını öyrənən ana vəfat etdi

Türkiyədə Artvin vilayətinin qızının cinsi istismara məruz qaldığını öyrənən qadın vəfat edib.

Medianews.az xəbər verir ki, insident dünən axşam Şavşat rayonunda baş verib.

Hadisə ilə bağlı saxlanılan şübhəli həbs olunub.

Məlumata görə, 26 yaşlı əqli qüsurlu qadın anası Nalan Kayaya bir şəxs tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Bundan sonra 53 yaşlı ana polisə müraciət edib.

Polis əməkdaşları şübhəli bilinən 49 yaşlı T.K.-nı qısa müddətdə saxlayıblar.

 Bu zaman polis şöbəsində olan Nalan Kayanın qəfil halı pisləşib. Xəstəxanaya çatdırılan qadının aorta damarının yırtıldığı müəyyən edilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma davam edir.

Medianews.az

Bizə qoşulun