DÇ-2026-nın 1/4 finalında Mərakeşi 2:0 hesabı ilə keçərək adını yarımfinala yazdıran Fransa millisinin kapitanı Kilian Mbappe potensial rəqibləri barədə danışıb.
Medianews.az xəbər verir ki, ulduz hücumçu, yarımfinalda qarşılaşacaqları İspaniya – Belçika cütünün qalibi barədə iddialı danışıb: "Rəqibin kim olmasının mənim üçün heç bir fərqi yoxdur. Belçika gəlsə Belçika, İspaniya gəlsə İspaniya ilə oynayacağıq. Bu, dünya çempionatının yarımfinalıdır və rəqibdən asılı olmayaraq bizi çox ağır döyüş gözləyir".
Medianews.az