Həkim Markos Vaskes qəhvənin günün müəyyən saatlarında qəbul edilməsinin sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, sağlam və uzun ömür sürməyin əsas şərtlərindən biri keyfiyyətli yuxudur. Həkim bildirib ki, qəhvəni yalnız səhər saatlarında içən insanların sağlamlıq göstəriciləri gün ərzində dəfələrlə qəhvə qəbul edənlərlə müqayisədə daha yaxşı olur.
Vaskes izah edib ki, kofein orqanizmi ayıq saxladığı üçün axşam saatlarında qəbul edildikdə yuxunun keyfiyyətini aşağı salır. Bu səbəbdən o, son fincan qəhvənin yatmazdan ən azı 8 saat əvvəl içilməsini tövsiyə edib.
Medianews.az