Türkiyənin Konya vilayətinin Beyşehir rayonunda yaşayan 82 yaşlı Hədiyə Şanal qarın ağrısı və qəbizlik şikayəti ilə xəstəxanaya müraciət edib.
Medianews.az-ın məlumatına görə, aparılan müayinələr nəticəsində qadına kolon xərçəngi diaqnozu qoyulub.
Erkən diaqnoz və əməliyyat sayəsində sağlığına qovuşan Şanal bildirib ki, xəstəxanaya səhər tezdən gəlib və əməliyyatdan sonra ağrısı olmayıb.
Əməliyyatı həyata keçirən həkim erkən diaqnozun vacibliyini vurğulayaraq deyib ki, kolon xərçənginin vaxtında aşkarlanması həyat keyfiyyətini yüksəldir. O, 45 yaş və yuxarı şəxslərin, ailəsində kolon xərçəngi olanların və müntəzəm qəbizlik və qanama kimi problemləri olanların mütləq müayinədən keçməsini tövsiyə edib.
Həkim həmçinin vurğulayıb ki, tarama proqramları xəstəliyin erkən mərhələdə aşkarlanması üçün böyük əhəmiyyət kəsb edir.
Medianews.az