İspaniya millisinin sabiq kapitanı Karles Puyol 2026-cı il dünya çempionatının finalında Argentinanın məğlubiyyətindən sonra Lionel Messi haqqında danışıb.
Medianews.az xəbər verir ki, Puyolun sözlərinə görə, Argentina millisinin finala yüksəlməsi məhz Messinin sayəsində mümkün olub:
“Bu komanda finala çatıbsa, bu, yalnız onun sayəsindədir. Komanda yoldaşımız kimi bizə, eləcə də futbola verdiyi hər şeyə görə ona həmişə minnətdar olacağam”.
Xatırladaq ki, dünya çempionatının finalında İspaniya əlavə vaxtda Ferran Torresin 106-cı dəqiqədə vurduğu qolla Argentinaya 1:0 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə dünya çempionu olub.
Argentina isə 2022-ci ildə Qətərdə qazandığı çempionluq titulunu qoruya bilməyib.
Medianews.az