Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə və kəşfiyyat orqanlarına Ukraynadakı münaqişə ilə bağlı xüsusi tapşırıq verib.
Medianews.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinin məlumatına əsasən, Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Peskovun sözlərinə görə, Putin Müdafiə Nazirliyinə Ukraynadakı münaqişənin qızışdırılmasında iştirak edən şəxslərin hərbi əməliyyatlarda rolunun araşdırılmasını tapşırıb. O bildirib ki, bu prosesə zəruri məlumatlara malik kəşfiyyat orqanları da cəlb olunacaq.
Kreml nümayəndəsi qeyd edib ki, Prezident Putin bu tapşırığı iyulun 3-də Birləşmiş Qüvvələr Qrupunun komanda məntəqələrindən birinə səfəri zamanı verib.
Putinin sözlərinə görə, münaqişənin qızışdırılmasında iştirak edən hər bir şəxsin fəaliyyətinin təhlili gələcəkdə müvafiq qərarların qəbul edilməsinə imkan yaradacaq./Ajans.az