Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin oktyabrında Macarıstanın baş naziri Viktor Orbanla söhbətində ABŞ lideri Donald Trampı “tank”a bənzədib.
Medianews.az xəbər verir ki, tərəflər bundan əvvəl Tramp ilə Budapeştdə sammit keçirilməsi imkanını müzakirə edib, lakin görüş baş tutmayıb. Orban Trampın işgüzar yanaşmasını “tornado”ya bənzədərək heyranlığını ifadə edib.
Putin isə Trampın irəliləmə tərzini “tank kimi” adlandırıb və onun eyni vaxtda bir neçə böhranla, o cümlədən Yaxın Şərqdəki vəziyyətlə mübarizə qabiliyyətini yüksək qiymətləndirib.
Medianews.az