Medianews.az
PSJ "Real"dan
82 baxış

PSJ "Real"dan onu almaq istəyir

Fransa çempionu PSJ İspaniya vitse çempionu "Real"ın fransız yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır. 

Medianews.az-ın Lent.az-a istinadən məlumatına görə, Fransa klubu 23 yaşlı futbolçunu yay transfer pəncərəsi zamanı transfer etmək istəyir.

"Kral klubu" yalnız təklif əlverişli olarsa, yarımmüdafiəçi ilə ayrılmağa hazırdır.

Kamavinqa “Renn” akademiyasının yetirməsidir. O, 2021-ci ildə 31 milyon avroya "Real"a keçib. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. 

"Transfermarkt" onun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Bizə qoşulun