Avstraliyada 32 yaşlı piıotun idarə etdiyi iki mühərrikli “King Air” təyyarəsi uçuş zamanı qəzaya uğrayıb.
Medianews.az xəbər verir ki, təyyarə 45 metr yüksəkliyə qalxandan sonra ağaca çırpılıb.
Axtarışlar təyyarənin qalıqlarının timsahlarla dolu sulara düşməsi ilə çətinləşib. Pilotu xilas etmək mümkün olmayıb.
Qəzanın səbəbi hələ müəyyən edilməyib. Mütəxəssislər hava nəqliyyatının idarə edilməsi məlumatlarını, meteoroloji məlumatları və qəza yerindən çıxarılan avadanlıqları nəzərdən keçirəcəklər.
Medianews.az