Medianews.az
Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova
198 baxış

Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova SAXLANDI

Sosial şəbəkələrdə "jurnalist adı altında reketlik etmək"də ittiham olunan bir neçə şəxsin saxlanması ilə bağlı paylaşım yayılıb.

Medianews.az Musavat.com-a istinadla bildirir ki, paylaşımda iddia olunur ki, Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova barəsində çoxsaylı şikayətlər əsasında tədbir görülüb. Bildirilir ki, onlar Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə - dəfələrlə şantaj yolu ilə pul tələb etmə ittihamı əsasında Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanıblar.

İddialara görə, adıçəkilən şəxslər barəsində məcburi gətirilmə qərarı tətbiq edilib və onların məhkəmə qarşısına çıxarılacağı qeyd olunur. 

Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. İddiaların doğruluğu ilə bağlı hüquq-mühafizə orqanlarının mövqeyi gözlənilir.

Bizə qoşulun