Medianews.az
Patrik Vieyra Seneqal millisinin yeni
83 baxış

Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər

Fransa millisinin keçmiş kapitanı Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər.

Medianews.az-ın "Report"a istinadən məlumatına görə, 49 yaşlı fransalı mütəxəssis DÇ-2026-dan sonra istefaya göndərilən Pap Tyavı əvəz edəcək.

Tərəflər arasında danışıqlarda ciddi irəliləyişin olduğu və P.Vieyranın yaxın vaxtlarda Seneqal millisinə rəhbərlik edəcəyi bildirilir. Onun son iş yeri "Cenoa" olub. O, İtaliya klubunu 2025-ci ilin noyabrında tərk edib.

Mütəxəssis həmçinin "Strasburq", "Kristal Pelas", "Nyu-York Siti", "Nitsa" və "Mançester Siti"nin gənclər komandasını çalışdırıb.

Xatırladaq ki, Seneqal millisi Pap Tyavın rəhbərliyi altında DÇ-2026-nın 1/16 finalında əlavə vaxtda Belçikaya 2:3 hesabı ilə uduzub.

Bizə qoşulun