Argentina millisinin yarımmüdafiəçisi Niko Pas 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra emosional paylaşım edib.
Medianews.az xəbər verir ki, Pas sosial şəbəkədə etdiyi paylaşımda komandaya və ölkəsinə olan bağlılığını vurğulayıb:
“Bu ölkəni və bu formanı təmsil etdiyim üçün heç vaxt olmadığı qədər qürurluyam. Bu rənglər uğrunda mübarizə aparan, hər an ürəyini və ruhunu ortaya qoyan möhtəşəm insanların bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Onlara yalnız təşəkkür edə bilərəm. Bu kuboku Argentinaya qaytarmaq üçün əlimdən gələn hər şeyi edəcəyimə söz verirəm”.
Futbolçu həmçinin İspaniyanı təbrik edib və Argentina millisinin hər zaman mübarizəyə davam edəcəyini bildirib.
Qeyd edək ki, Argentina dünya çempionatının finalında tarixində dördüncü dəfə məğlub olub. Komanda isə daha əvvəl 1978, 1986 və 2022-ci illərdə dünya çempionu adını qazanıb.
İyulun 19-da keçirilən həlledici görüşdə Argentina əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə uduzub.
Medianews.az