Medianews.az
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən əcnəbi
99 baxış

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən əcnəbi həbs edildi

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edilib.

Medianews.az APA-ya istinadla bildirir ki, bu barədə Nəsimi rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, istintaq orqanının təqimatı təmin edilib, Belarus vətəndaşı, ADA-da tələbə olan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadin barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Keçirilən əməliyyat nəticəsində 4 nəfər- “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi saxlanılıb.

Bizə qoşulun