Medianews.az
Misirdən kəskin etiraz:
100 baxış

Misirdən kəskin etiraz: "Səssiz qala bilmərik"

Misir Futbol Federasiyası DÇ-2026 1/8 final mərhələsinin Argentina ilə oyunundakı (2:3) hakim idarəçiliyinə qarşı kəskin bəyanat yayıb. Qarşılaşmanın baş hakimi fransalı Fransua Leteksye olub.

Medianews.az xəbər verir ki, Federasiyanın rəsmi bəyanatında deyilir:

"Misir Futbol Federasiyası Argentina ilə matçda qəbul edilən hakim qərarlarına, eləcə də VAR sistemindən düzgün istifadə olunmamasına qarşı səssiz qala bilməz. Bir neçə mühüm epizod ciddi narahatlıq doğurub, oyunun gedişatına birbaşa təsir edən qərarların ədalətliliyi ilə bağlı dərin suallar yaradıb".

Qurum qeyd edib ki, baş verənlər ən yüksək səviyyəli hakimlik gözləyən futbolçular, texniki heyət və azarkeşlər arasında böyük narazılığa səbəb olub. Bəyanatda həmçinin vurğulanıb ki, Misir millisinin formasını geyinən hər bir oyunçu və komandanı dəstəkləyən hər bir azarkeş ədalətə, hörmətə və qaydaların bərabər tətbiqinə layiqdir.

Medianews.az

Bizə qoşulun