Medianews.az
Fabio Kapello:
81 baxış

Fabio Kapello: "Messi artıq əvvəlki kimi deyil"

"Milan" və "Roma" klublarının sabiq baş məşqçisi Fabio Kapello Argentina millisinin ulduzu Lionel Messinin oyunu barədə fikirlərini bölüşüb. 

Medianews.az xəbər verir ki, təcrübəli mütəxəssis Messinin yaşının artıq öz sözünü dediyini, lakin onun hələ də unikal keyfiyyətlərə sahib olduğunu bildirib:

"Messi hamıdan böyükdür. Hazırda yaşı özünü göstərir. O, tayı-bərabəri olmayan texniki bacarıqlara, bir sözlə, futbol ustadlığına sahibdir. Artıq hücum zonasında topu qəbul edib, üç oyunçunu keçərək qol vuran əvvəlki Messi deyil. Lakin turnirdə iki penaltini qaçırsa bilsə də, hələ də komandası üçün həlledici rol oynayır. Etdiyi hər şeyə görə ona hər zaman minnətdar olmalıyıq".

Messinin Erlinq Holand və Kilian Mbappe ilə müqayisəsinə toxunan Kapello onların fərqli üstünlüklərə malik olduğunu qeyd edib:

"Onlardan biri (Holand) maksimum güc, digəri (Mbappe) isə texnika ilə birləşən mütləq sürətdir. Messi artıq özünün ən yaxşı versiyasındakı kimi olmasa da, hələ də gözəl performanslar nümayiş etdirir. O, bizi özünə heyran qoymağı və aşiq etməyi bacardı. Misirlə matçda olduğu kimi, ən kritik məqamlarda özünü göstərməyi bacarır".

Qeyd edək ki, 39 yaşlı hücumçu DÇ-2026-da keçirdiyi 5 oyunda 8 qol vuraraq turnirin ən məhsuldar oyunçusudur.

Medianews.az

Bizə qoşulun