Braziliyalı ulduz futbolçu Neymar 2026-cı il dünya çempionatının finalında Argentinanın İspaniyaya məğlub olmasından sonra Lionel Messinin göz yaşlarına münasibət bildirib.
Medianews.az xəbər verir ki, Neymar jurnalistlərə açıqlamasında Messinin matçdan sonrakı vəziyyətinin onu dərindən təsirləndirdiyini deyib:
“Onun ağladığını və gözlərindəki yaşları görmək həqiqətən ürəkdağlayıcı idi. Həmişə Dünya Kubokunu qazanmasını və karyerasını həmin kuboku əlində tutaraq başa vurmasını arzulamışam. Ona görə çox üzgünəm”.
Qeyd edək ki, Neymar və Messi karyeraları ərzində "Barselona" və PSJ-də eyni komandanın formasını geyiniblər. Messi isə Argentina millisinin heyətində 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
Medianews.az