Braziliya millisinin əfsanəsi Neymar poker turnirində iştirakına görə ünvanına səslənən tənqidlərə cavab verib.
Medianews.az xəbər verir ki, futbolçunun sözlərinə görə, turnirdə iştirak etdiyi gün onun istirahət günü olub.
“Səhər məşq etmişdim. Son oyunu yeni məşqlərə başladığım üçün buraxdım. Poker turnirinə isə istirahət günündə qatıldım. İndi yenidən məşqə hazırlaşıram. Mənə maraqlıdır, məşq etməyimə də irad bildirəcəksiniz?” – deyə Neymar sosial şəbəkədə yazıb.
34 yaşlı hücumçu son oyunları buraxmasına baxmayaraq poker turnirində görünməsi səbəbindən tənqid olunmuşdu. Buna baxmayaraq, "Santos" rəhbərliyi onun növbəti çempionat oyununda meydana qayıdacağına ümid edir.
Medianews.az