İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Türkiyəyə Amerika silahlarının satılmamasını xahiş edib.
Medianews.az xəbər verir ki, bu barədə "N12" portalı məlumat yayıb.
Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi baxışlarından şikayətlənib. O bildirib ki, ABŞ-nin silah sistemləri və "F-35" qırıcıları sayəsində Türkiyə öz hərbi hava qüvvələrini kəskin şəkildə gücləndirə bilər.
Mənbələr qeyd edir ki, Tramp bu xahişi dinləyib və tezliklə Ankaraya edəcəyi səfər zamanı Ərdoğana bu mövzuda müəyyən mesajlar ötürə bilər.
Medianews.az