Türk aktrisa Ebru Şahin və idmançı Cedi Osman tətil üçün Portuqaliyaya yollanıblar.
Medianews.az olay.az-a istinadən xəbər verir ki, Şahin romantik istirahətlərindən olan fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Tətilin dadını çıxaran Şahin və Osman Lissabon küçələrində kamera qarşısına keçərək birlikdə pozalar veriblər.

