Medianews.az
“Səhər”ə xudahafiz! –
214 baxış

“Səhər”ə xudahafiz! – Rasim Musabəyov

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov İranın “Səhər” telekanalının Azərbaycan Respublikası ərazisində fəaliyyətinin qanunsuz hesab olunması xəbərinə və bu telekanalla əməkdaşlıqdan çəkinməyə dair çağırışa münasibət bildirib.

Məlum olduğu kimi, İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi bəzi xarici media subyektlərini, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edib və həmin qurumlarla əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələyib.

Buna cavab olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi İranın “Səhər” telekanalının və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin ölkəmizdə fəaliyyətinin qanunsuz hesab olunduğunu bəyan edib, media subyektlərini, jurnalistləri “Səhər” və “Mehr” ilə əməkdaşlıqdan çəkinməyə çağırıb.

“Səhər” telekanalının xüsusilə regional, beynəlxalq siyasi prosesləri şərh etmək üçün bəzən Rasim Musabəyova da üz tutduğunu nəzərə alan Medianews.az saytı millət vəkili ilə əlaqə saxlayıb.

Rasim Musabəyov deyib ki, onun istənilən açıqlaması, o cümlədən “Səhər”ə açıqlamaları Azərbaycanın milli maraqlarına xidmət edir: “Əminəm ki, “Səhər”ə verdiyim hər bir açıqlama onların kefinə soğan doğrayıb. Amma indi “Səhər” məsləhət deyilsə, “Səhər”ə xudahafiz!”

Medianews.az

Bizə qoşulun